Martines püşkdən razıdır

Martines püşkdən razıdır
DÜNYA FUTBOLU 3 Dekabr 2023 / 14:30 4252
-  A +

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avro-2024-ün püşkünü şərh edib.

Qol.az xəbər verir ki, F qrupunda yer alan portuqallar Türkiyə, Çexiya, həmçinin pley-off mərhələsinin C yolunun qalibi (Gürcüstan/Yunanıstan/Qazaxıstan/Lüksemburq) komandaları ilə qarşılaşacaq.

Martines "A Bola"ya açıqlamasında deyib: “Püşkatmanın nəticələrindən razıyam. F qrupunda olduğumuz üçün ilk oyuna hazırlaşmaq üçün daha çox vaxtımız olacaq və bu, çox vacibdir.

Bizim gücümüz paltardəyişmə otağındadır. Rəqibimizdən asılı deyilik. Turnirdə 24 çox güclü komanda iştirak edir. Amma inanırıq ki, 2016-cı ildə əldə etdiyimiz nailiyyəti təkrarlayıb turnirin qalibi ola bilərik. Komandamızın bir istəyi var - oyundan-oyuna yüksəlmək və qələbələr qazanmaq. Baxaq görək işlər necə gedəcək".

Daha çox


Son xəbərlər