"Milan" və "Latsio" qələbə qazandı

"Milan" və "Latsio" qələbə qazandı
DÜNYA FUTBOLU 3 Dekabr 2023 / 02:54 2762
-  A +

İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün çempionatda 3 matç oynanılıb.

“Cenoa” - “Empoli” matçı heç-heçə ilə yekunlaşıb. “Latsio” “Kalyari”ni, “Milan” isə “Frozinone”ni məğlub edib.

Qeyd edək ki, A seriyasının turnir cədvəlində "Milan" 29 xalla 3-cü, "Latsio" 20 xalla 9-cu, “Frozinone” 18 xalla 11-ci, "Cenoa" 15 xalla 15-ci, "Empoli" 11 xalla 17-ci, "Kalyari" isə 10 xalla 18-cidir.

İtaliya A seriyası, 14-cü tur

2 dekabr

"Cenoa" – "Empoli" - 1:1

Qollar: Malinovski, 37 – Kançelyeri, 67.

"Latsio" – "Kalyari" - 1:0

Qol: Pedro, 8.

"Milan" – "Frozinone" - 3:1

Qollar: Yoviç, 43. Pulişiç, 50. Tomori, 74 – Breşianini, 82.

Daha çox


Son xəbərlər