"Real" və "Jirona" qalib gəldi

"Real" və "Jirona" qalib gəldi
DÜNYA FUTBOLU 3 Dekabr 2023 / 02:20 4045
-  A +

İspaniya La Liqasında 15-ci tur davam edir.

QOL.az xəbər verir ki, turun 2-ci oyun günündə 4 matç keçirilib.

"Real" "Qranada"nı, "Jirona" "Valensiya"nı, "Atletik" "Rayo Valeykano"nu məğlub edib. "Osasuna" "Real Sosyedad" görüşündə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 38 xalla "Real" liderlik edir. Eyni xalı olan "Jirona" 2-cidir. "Atletik" 28 xalla 5-ci, "Real Sosyedad" 26 xalla 6-cı, "Valensiya" 19 xalla 9-cu, "Rayo Valeykano" eyni xalla 11-ci, "Osasuna" 15 xalla 14-cü, "Qranada" isə 7 xalla 19-cudur.

La Liqa, 15-ci tur

2 dekabr

"Jirona" - "Valensiya" - 2:1

Qollar: K.Stuani, 82, 88 - H.Duro, 56

"Atletik" - "Rayo Valeykano" - 4:0

Qollar: Q.Zuruteza, 23, A.Espino, 47-avtoqol; İ.Villiams, 64, N.Villiams, 68

"Real" - "Qranada" - 2:0

Qollar: B.Dias, 26, Rodriqo, 57

"Osasuna - "Real Sosyedad" - 1:1

Qollar: M.Qomes, 2 - U.Sadiq, 41


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner