"Oyunun gərgin keçəcəyi məlum oldu. Amma təəssüf ki, ilk yarıda iki-üç hücum etdilər, ikisi qapımızda qolla yekunlaşdı. Halbuki, bizim hücumumuz var idi, o qolla nəticələnmədi, amma qapımızdan qol buraxdıq. 0:2-dən sonra fasilədə futbolçulara demişdim ki, oyunu davam etdirmək lazımdır. Uşaqlar ruhdan düşmədi, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdi. Bir xal çətin durumda uşaqlara inam gətirəcək. Qarşıdan çətin matçlar gəlir".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqanın 15-ci turunda "Sumqayıt"la oyundan (2:2) sonra deyib.
O, zədələnən Ayxan Hüseynovun durumu ilə bağlı söyləyib: "Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Görək də. Artıq çəkisi yoxdur. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədir ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Yəqin forması da dardır, razmeri böyütmək lazımdır. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdür".
Mütəxəssis daha sonra vurğulayıb: " Arxaya oynamağı öncədən planlaşdıra bilmərik. "Sumqayıt" kompakt müdafiə olunurdu. Cinahlardan asamalar istədiyimiz kimi olmadı. Hesab rəqibi məcbur edirdi ki, ehtiyatlı oynasın. İki hücum etdilər, iki qol vurdular. Onlar qol buraxmaq istəmirdi. "Sumqayıt" ən yaxşı formada olan komandadır. Son beş oyundur uduzmurlar. Bunları bilirdik. "Sumqayıt" kimi komanda ilə oyunda bu qədər əldə etmək, o qədər də asan deyil".
A.Abbasov "2:2 hesablı heç-heçəni üç xala bərabər sayırsız? Fasilədə uşaqlara necə motivasiya verdiz" sualını bu cür cavablandırıb: "Qəbələ" ilə oyundan sonra futbolçularıma ən böyük iradım o idi ki, geri dönüş edə bilmirik. Bu məni məyus edir. Komandamın xarakterinə bələdəm. "Qəbələ" ilə oyundan sonra futbolçular bu haqda daha çox danışmışdım. Fasilədə bildirdim ki, ilk beş dəqiqədə qol vursaq, qalib gələcəyik. Otto Conun iki epizodunda necə qol olmadı, çox heyf. Amma futbolçularımın istəyini görürdüm. Həftə boyu da yaxşı hazırlaşmışdıq".
Baş məşqçi Petkovun çox potensiallı futbolçu olduğunu deyib: "Zədəsi oldu və özünə aid problemləri də var. Biz onun yanındayıq. İnanın ki, Martin özünə yavaş-yavaş gəlməyə başlayır. Bir ara çox pis idi. Gəncdir. Düzdür, altı ay legioner həyatı yaşayıb. Amma ona adaptasiya prosesində kömək etməliyik. Hər zaman istəyirik ki, komandada rəqabət olsun. Belə matçlarda bir hücumçu da olsa, meydana buraxardım. İl boyu hər oyunçunun enişi, yüksəlişi olacaq. Futbolçu robot deyil ki, hər zaman stabil oynasın.
O, qışda transferlərın olub-olmayacağı əlaqədar söyləyib: "Son oyunlardan sonra yəqin ki, rəhbərliklə oturub ümumi müzakirə edəcəyik. Turnir cədvəlinə və imkanlarımıza baxacağıq. Zədəlilərimiz də var, onlar da özünə gəlməlidir. İstədiyimiz futbolçunu tapa bilsək, müzakirə edəcəyik. Futbolçunu altı ay üçün transfer etmək istəmirik.
Mütəxəssis "Turan Tovuz" bir müddət əvvəl hakimliklə bağlı etiraz tipli bəyanət yaymışdı. Ondan sonra müsbətə doğru dəyişiklik hiss edirsiz" sualına cavabında deyib: "Nəticəyə təsir edən səhvlər olmayıb. Etirazımız o vaxt olub ki, hakimin qərarı nəticəyə təsir edib. Amma şükürlər olsun ki, son oyunlarda bu yoxdur".
A.Abbasov son matçlarda qapıda 38 yaşlı Kamal Bayramov dayanmasının səbəbini belə izah edib: "Tərlan və Aydın çox potensiallı qapıçıdır. Bu gün bizə bir az psixoloji möhkəmlik lazım idi. Çünki ardıcıl səhvlər, məğlubiyyətlər bizi sıxır. Mövsümün əvvəlində də qapıçılar haqda danışarkən, demişdim ki, üç qapıçımıza da birinci kimi baxırıq. Yayda Kamal Bayramovun çox yaxşı performansı olmuşdu. O, komandamızın kapitanıdır. Futbolçuları da arxasınca aparmağı bacardı".
O, Budaq Nəsirov haqda isə bunları deyib: "Budaq yaddan çıxmışdı və heç kimin yadına düşmürdü. Biz klub olaraq, Tovuz futbolunun yetirməsi kimi Budaqa bu şansı verdik. 2019-cu ildən bu yana oynamırdı deyirik. Amma həmin ilə qədər onun neçə oyunu var? Bunu da müzakirə etmək ikinci plandır. Budaq Portuqaliyada elə də yaxşı sezon keçirmədi, az oynadı. Bu gün onu geri qaytardıq, vaxt lazımdır. Azarkeşin fikri fərqli ola bilər. Hər kəsə kənardan başqa cür görünür. O, hazır olanda meydanda görünəcək. Kubokda şans düşdü, verdik. Əvəzedici heyətə gedir, oynayır. Amma hələ ki, ondan onu ala bilmirik. Onun üçün də çətindir. Bəlkə də, onun üçün mütəmadi oynamaq daha yaxşı olardı. Bunu da müzakirə edəcəyik. Budaqı böyük futbola qaytarmaq istəyirik. Onun özündən də, çox şey asılıdır. O, xarakterini də dəyişməlidir. Biz ona kömək ediriksə, özü də özünə kömək etməlidir. Budaq tam hələ hazır deyil.
Türkiyəyə girişi qadağandır deyə, onu apara bilməyəcəyik. Yayda da, buna görə biizmlə gedə bilmədi. Budaqın o qədər çətin durumları var ki, biz ona ancaq dəstək oluruq. Səfirliyə yayda müraciət etdik. Amma Türkiyədə çox qalmışdı deyə, deport etmişdilər. Yenə də müraciət edəcəyik. Təbii ki, biz bir futbolçu da qazanmaq istəyirik. Amma özündən də çox şey asılıdır. Hansısa klub onu görmək istəsə, Budaqın özü ilə onu müzakirə edə bilərik. Bəzi oyunçularımız icarədə oynayır. Birinci liqada da çox yaxşı çıxış edirlər. Bu da bizi sevindirir. Birinci və İkinci Liqadakı komandalar Premyer Liqa təmsilçilərinə qarşı müqavimət göstərmək istəyir. Birdən-birə komanda sayı da arta bilər. Futbolçu qıtlığı var, hamı hazır olmalıdır. Faiq Hacıyev "Turan Tovuz"da birinci liqada çıxış edirdi. O, günü-gündən inkişaf edir. Gələcəkdə milliyə namizədlərdən olsa, təəccüblənməyəcəm. Bu gün yerli sağ cinah müdafiəçisi nə qədər var? Futbolçu oynamalıdır.
Mütəxəssis "Sabah"ın futbolçusu Ceyhun Nuriyevin komandaya mümkün transferi haqda deyib: "Söhbətimiz olmuşdu. Klub da razılıq vermişdi. Ceyhun özü bir az gözləməyi məsləhət gördü. O da potensiallıdır. Rəhbərliklə oturub fikirləşirik. U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik. Amma təəssüf ki, gətirmək çətindir. Çünki iddialı komandalarda oynayır. Bəzən futbolçuların özü həmin klublardan getmək istəmir. Veysəl Rzayev icarədə çıxış edir, əsas oyunçumuzdur. Bu gün Veysəl qazanır".
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı