"Gərgin oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdır".
QOL.az verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Müdafiə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi oynamışam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda "Neftçi"yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik" - deyə o bildirib.
Mütəxəssis son iki oyunda avrokuboklara oynayan rəqiblərdən xal almaları ilə bağlı söyləyib: "Biz o barədə fikirləşmirik. Hər oyuna köklənirik. Futbolçularım "Neftçi"yə qarşı çox yaxşı səviyyədə oynadılar. Hətta avrokuboklar uğrunda oynayan komandalardan pis deyildilər. Axsayan yerlərimiz var. Qışda da transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza davam edəcəyik.
Orta xətt, 8 və 10 nömrə mövqeyi, hansı ki, daha çox hücumçuları topla təmin etsin. Bu cür futbolçu axtaracağıq. İstəyərdik ki, bu, yerli futbolçu olsun. Ki, rotasiya edə bilək. Amma olmasa, nə edək? Bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz".
A.Bağırov "Orxan Əliyev daha çətin vəziyyətlərdə qol vurur, nəinki asan epizodlarda..." sualını bu cür cavablandırıb: "Orxanın öz aləmi var. O epizodları qaçırmamalıydı, amma qaçırdı. Əlbəttə ki, komandanı pis durumda qoydu. Ancaq keçən oyunda da onun qolu sayəsində bir xal qazandıq. Bu mənada, futbolçunun üstünə çox getmək, onu silkələmək də bizlik deyil. Sadəcə bu gün nə lazımdırsa, onu futbolçudan tələb edirik və istəyirik ki, maksimumu ortaya qoysun. Orxan bu gün onu edə bilmirsə, sabah edəcək".
Baş məşqçi bildirib ki, "Səbail"lə ölkə çempionatında birinci oyunda da bizim ilk hissədə 3-4 real qol epizodları olub: "Orxan Əliyevin, Abdulla Rzayevin qol imkanları yaranmışdı. Onları yenə reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budursa, səhvi kiminsə üzərində axtarmalı deyiləm. Sadəcə əlimizdə olan materialın bacarığını yaxşılaşdırmalıyıq, vəssalam. Biri var insanın maksimumu. Amma futbolçunu daha yaxşı səviyyəyə gətirmək olar. Məncə, bu gün çox yaxşı oynadıq, ancaq iki xalı itirdik".
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!