"Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı perfromans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf biz idik".
QOL.az xəbər verir ki, bu sözləri "Molde"ni baş məşqçisi Erlinq Moe Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, görüşdə komandasının Ağdam təmsilçisindən daha yaxşı çıxış etdiyini söyləyib: "Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer"ə qarşı göstərməyə çalışacağıq".
Mütəxəssis "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışını istəyərdinizmi" sualını bu cür cavablandırıb: "Qarabağ"ı hələ təbrik etməyəcəyəm. Çünki şansımız var. "Bayer"lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır. Önəmli odur ki, növbəti mərhələdə "Qarabağ"a və ya bizə rəqib kim düşəcək".
E.Moe matçdan sonra Qurban Qurbanovu təbrik etməsinə də toxunub: "Bəli, onun əlini sıxdım. Qurban Qurbanov uzun illərdir ki, "Qarabağ"a baş məşqçilik edir. Onu təbrik edirdim ki, "Qarabağ"ı udmaq çətindir. Ona uğurlar arzuladım".
P.S. Jurnalistlərin Norveçə ezamiyyəti Etopaz-ın dəstəyi ilə həyata keçirilib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı