"Çox uğurlu nəticə qazandıq. Oyunun gedişatına baxsaq, belə qənaətə gəlmək olar. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydana daha tez uyğunlaşarıq. Amma havaya, meydana tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardılar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde" ilə heç-heçə etdikləri matçdan (2:2) sonra təşkil olunan mətbuat konfransına deyib.
Mütəxəssis görüşdə qazanılan 1 xalın faydalı olduğunu vurğulayıb: "Futbolçularımız sonda da gedişatı dəyişdillər. Çox vacib xal qazandıq. Bir oyunumuz qaldı. Bakıdakı matça daha yaxşı hazırlaşmağa çalışacağıq. Bu bir xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Bakıda daha diqqətli olmalıyıq. Daha istəkli oynamaq lazımdır. Futbolçulara təşəkkür edirəm ki, bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədilər".
O, oyunda məcburi əvəzetmələrin olmasına toxunub: "Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə bəziləri bir az gözlənilməz oldu. Amma ümumən rəqib çox keyfiyyətlidir. "Molde"yə qiymət vermək lazımdır. Öz oyun sistemini, fəlsəfəsini meydanda çox yaxşı icra edirlər. Sistemə elə uyğunlaşıblar ki, hamı bilir nə edəcək. Çox epizodlarda diqqətli olub qarşısını aldıq. İlk hissədə oyun quruculuğunda dəyişiklik etmişdik. Müdafiədə ilk yarının son 15 dəqiqəsində rəqibi düzgün bağlaya bilmədik. İkinci yarıda daha diqqətli olduq, daha rahat bunu etdik. Sadəcə sonda biz qol vurmalıydıq, rəqib vurdu. Əvəzetmədən oyuna girənlər özlərini pis tərəfdən göstərmədilər. Düzdür, balans bir az pozuldu. Amma daha aqressiv oldular".
Q.Qurbanov "90+5-ci dəqiqədə gələn qol yeni tarix üçün tam dönüş nöqtəsi ola bilərmi? Artıq Konfrans Liqasının pley-off mərhələsini təmin etmisiz" sualına belə cavab verib: "Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədir. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Çox vacibdir. Bakıda "Bayer"lə matçda son dəqiqə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Konfrans Liqasına gəlincə, bu, ancaq sevindirir. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq".
Baş məşqçi oyunçularının belə çətin matçlar üçün yetərincə ehtiyat qüvvəsinin olub-olmaması barədə bunları bildirib: "Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik Andrade, Marko Yankoviç yorulmuşdu. Düzdür, Riçard Almeyda var idi. Julio Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu".
O, qış transfer pəncərəsində heyəti gücləndirib-gücləndirməyəcəkləri barədə suala da cavab verib: "Biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır.
Q.Qurbanov Bəhlul Mustafazadənin son dəqiqədə hücuma keçməsi, Patrik Andrade onun yerində oynamasına da toxunub: "Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq".
Mütəxəssis "Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiniz" sualını belə cavablandırıb: "Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, bütün oyunlarda uduzublar. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcəklər. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq".
O, sonda "Molde" ilə oyunu məşqçilik karyerasında ən çətin və ən həyəcanlı matç hesab etmədiyini söyləyib: "Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq".
P.S. Jurnalistlərin Norveçə ezamiyyəti Etopaz-ın dəstəyi ilə həyata keçirilib.
"Şamaxı" serbiyalı futbolçu transfer etdi
Olimpiadanın açılış mərasimindən - Şəkillər
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - Paris-2024
"Turan Tovuz" Türkiyə toplanışını başa vurdu
"Zaqatala"dan ayrıldı, Belarus klubuna keçdi
"Kəpəz" 4 qolla qalib gəldi
Hummelsə rəsmi təklif göndərdilər
Bentekedən növbəti dubl, "Şamaxı"dan qələbə
Parisdə 500 min avroluq qarət
"Çelsi"nin futbolçusu Fransa klubuna keçdi
"Mançester Siti" yeni formasını təqdim etdi - Şəkillər
UEFA-dan azərbaycanlı FİFA referisinə yeni təyinat
"Sabah" legioneri ilə yolları ayırdı
Drondan istifadə etdi, istefaya göndərildi
"İmişli"dən ayrılan futbolçu 2-ci liqa klubunda
"Napoli"dən "Everton"a
UEFA Superkuboku oyununun hakimi bilindi
AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssis sədr təyin olundu
"Atletiko"ya qayıtdı, amma komandadan ayrı məşq edəcək
“Fehervar”dan heç də zəif deyilik" - Rövlan Muradov
"Barselona" böyük transferlər edə bilər"
Pepe karyerasını başa vurur
"Arsenal" PSJ ilə danışıqlara başladı
"Bizi səfərdə çox çətin oyun gözləyir" - Eldar Quliyev
Bu gün 33-cü Yay Olimpiya Oyunlarının açılışı olacaq
Boksçularımızın Paris-2024-dəki ilk rəqibləri bilindi
“Sabah”ın möhtəşəm qələbəsinin - Videosu
Azərbaycan UEFA reytinqində irəlilədi
Sumqayıtda 1 qırmızı vərəqə, 3 qol - Video
“Sabah”ın potensial rəqiblərinin oyununda irlandlar sevindi
"Zirə"dən 4 cavabsız qol - Video
“Zirə”nin potensial rəqiblərinin oyununda 6 qol vuruldu
“Hələ heç nə həll olunmayıb” - “Sabah”ın baş məşqçisi
"Sabah"ın qələbəsi - Şəkillər
"DAK 1904"ün baş məşqçisi üzr istədi
"Rəqib amansız mübarizə aparacaq" - Rəşad Sadıqov
"Fehervar"ın baş məşqçisi: "Rahat qələbə qazanmadıq"
"Sabah" "Makkabi"yə böyük hesabla qalib gəldi
"30 faizlik şansımızdan bərk yapışacağıq" - Samir Abasov
"Zirə" Konfrans Liqasına darmadağınla başladı