"Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır. Dünən son məşqimizi etdik. Sabah oyun günü daha bir məşq edəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində "Molde" ilə səfər oyunu üçün Norveçə yollanarkən hava limanında jurnalistlərə açıqlamasında deyib.
O, matçın hər iki komanda üçün vacib olduğunu və buna görə də gərgin keçəcəyini bildirib: "Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir. İnanıram ki, alınar. Rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək".
Q.Qurbanov "Qarabağ" ilk oyundakı üstünlüyü səfərdə də tətbiq edə biləcəkmi?" sualını isə belə cavablandırıb: "Çox istərdik ki, edək. Amma rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Onların meydanı süni örtüklüdür. Azarkeşlər də rəqib üçün üstünlükdür. Amma maksimum çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək. Bunu nə qədər bacardığımızı oyunda görəcəyik".
Qeyd edək ki, sabah gecə keçiriləcək "Molde" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi