“Azərbaycanda perspektivli məşqçilər var. Lakin komandanın başında yaxşı idarəçi olmalıdır”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirov deyib.
Milli komandanın Avro-2024-dəki çıxışlarını dəyərləndirən keçmiş hücumçu qeyd edib ki, daha çox xal toplamaq olardı: “Məsələn, İsveçi udanda bizim üçün yaxşı nəticə sayılır. Məşqçimiz əlindən gələni edib bütün məharətini ortaya qoydu. Deməli, milli komandamızla yaxşı nəticələr qazanmaq olar. Heyətdə 8-9 legioner futbolçu var. Yəni komanda yaxşıdır, nəsə etmək olardı Eyni zamanda bunun üçün milli ruh olmalıdır”.
Canni De Byazinin millidən gedişi haqda danışan Nadirov bildirib ki, tez-tez məşqçi dəyişikliyinin tərəfdarı deyil: “Əgər komanda udursa, futbolçular öndə gedir. Komanda uduzursa, günahkar məşqçi sayılır. Ona görə də kimdəsə günah görmək mənim üçün çətindir. Bəli, komanda uduzubsa, bir tərəfdən günahkar baş məşqçidir. Amma biz hər dəfə bir məşqçi dəyişə bilmərik. Bununla qabağa gedə bilmərik. Mən De Byazinin tərəfini tutmuram. Əlbəttə ki, məsuliyyət ondadır. Amma mən də məşqçiyəm, bəzi çətinlikləri nəzərə alıram. Öz məşqçilərimizə şans verməliyik. Məşqçilərimizin məsuliyyəti həddindən artıq çoxdur”.
V.Nadirov hazırkı heyətin Azərbaycan millisinin ən güclü heyəti olması fikri ilə razılaşmayıb: “Millinin ən güclü heyətidirsə, niyə qrupdan çıxa bilmədik? Elə olsaydı, artıq növbəti mərhələyə vəsiqə qazanardıq. Hər dövrün bir komandası var. Bizim vaxtlmızda başqa cür idi, indi başqadır. Bir oyunla nəsə demək düzgün deyil. Bu fikirlə razı ola bilmərəm. Çünki geri dönüb nəticələrə baxmalıyıq”.
V.Nadirov “Millinin baş məşqçisi kim olmalıdır?” sualını belə cavablandırıb: “Onu mən deyə bilmərəm. Çünki bizim deməyimizlə ola biləcək bir məsələ deyil. Mən baş məşqçinin azərbaycanlı olmasının tərəfdarıyam. Yerli məşqçi olması daha yaxşıdır”.
V.Nadirov qeyd edib ki, millini çalışdıra biləcək məşqçinin adını çəkmək onun üçün çətindir: “Məşqçilər çoxdur. Bu qərarı AFFA rəhbəri verir”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi