“Mən Azərbaycanda fəaliyyətimi başa vurmuşam. Amma dərhal da hər şeyi təzədən başlayıb yeni bir proyekt üzərində işləmək istərdim”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İtaliyanın “Tutto Udinese” nəşrinə verdiyi müsahibədə bildirib.
67 yaşlı mütəxəssis Azərbaycan millisindəki 3 illik fəaliyyəti barədə danışarkən deyib: “Düşünürəm ki, bu il 3 ildə Azərbaycanda futbolun inkişafına çox şey verdim. Mən yaranan əlaqəyə görə təəssüflənirəm. Amma hər şey sona çatıb. Fəxr edirəm ki, komanda inanılmaz inkişafa nail oldu və Azərbaycan futbolu üçün tarixi nəticələr qazandı. Bizim 5 ardıcıl qələbəmiz oldu ki, əvvəl belə şey baş verməmişdi. Biz Avropa təsnifat mərhələsində 5 komandalı qrupda 7 xal topladıq. Böyük komandalarla bərabər səviyyədə oynadıq. Belçika ilə ilk görüşdə yalnız epizodlara görə uduzduq. Avstriya ilə matçda isə hətta heç-heçəyə layiq idik. İsveç üzərindəki qələbə isə tarixə düşəcək. Heç vaxt həmin komandaya 3:0 hesabı ilə qalib gələcəyimizi düşünməzdim. Maraqlı futbolçular toplamışdıq. Yolun təməli qoyulub və mən ümid edirəm ki, inkişaf gələcək illərdə daha da böyüməyə başlayacaq”.
De Byazi öz fəaliyyətindən razılığını ifadə edib: “Mən əlbəttə nümayiş etdirdim ki, futbolu hətta az resurslar olanda da oynamaq olar. Azərbaycan kimi milli komandanı çalışdırmaq dildən başlamış bir çox başqa səbəbə görə sadə iş deyil. Əlimdə olan materialla mümkün qədər çox iş görməyə çalışaraq xüsusi bir dövr yaşadım”.
O, gələcək fəaliyyəti ilə bağlı suala cavab olaraq deyib: “Digər bir yerdə dərhal yenə baş məşqçi işləməyə bilərəm. Mənə yüksək səviyyədə mübarizə aparmağa imkan verəcək bir neçə komandadan vacib təklif gəlib. Amma hələlik müqavilə bağlamadığıma görə nəsə danışmaq uyğun deyil”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi