“Çempionatımızda həm müsbət, həm də mənfi mənada gözlənilməz hadisələr baş verir. “Neftçi”nin hazırda 6-cı, “Sabah”ın 7-ci yerdə olmasını deyə bilərəm. Ötən mövsüm daha baxımlı futbol oynayan “Qəbələ”nin aşağı pillələrdə olması üzücüdür”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol eksperti Səbuhi Səfiyarlı deyib.
O, “Neftçi” və “Sabah”ın gözlənilən futbolu göstərmədiyini bildirib: “Daha keyfiyyəli futbolçuların cəmləşdiyi və çox maliyyə ayrılan komandalar yaxşı futbol oynaya və çempionatı maraqlı edə bilərdilər. Biz “Sabah” və “Neftçi”dən istədiyimiz futbolu görə bilmirik. Bu da təəssüf doğurur. Əvəzində “Zirə” uzun müddətdir ki, çempionatda liderlik edirdi, “Sumqayıt” yaxşı oynayır, “Səbail” liderlər arasındadır. Bu komandalar daha çox döyüşməklə, əllərində olan materialdan maksimum istifadə etməklə nəsə etməyə çalışırlar. Heç olmasa komandaların bir başqa keyfiyyəti üzə çıxır”.
S.Səfiyarlı son tura qədər çempionatın lideri olan “Zirə”nin baxımlı futbol oynamaması ilə bağlı səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib. O, komandanın bu heyətlə daha artığını etməsinin mümkünsüz olduğunu qeyd edib: “Artıq çempionatımız texnikalı futboldan atletik futbola keçməkdədir. Çünki baxımlı futbol oynayan komandanın sayı azalıb. Əslində bu gün “Qarabağ”dan başqa heç bir komandanın maraqlı futbol oynadığını demək olmaz. Çünki keyfiyyətli futbolçuların cəmləşdiyi komandalar gözləniləni vermirlər. Bu, həm “Neftçi”yə aiddir, həm də “Sabah”a.

“Zirə” yuxarı yerlər uğrunda oynadığına görə ondan baxımlı futbol gözlənilir. Amma qeyd etdiyim kimi, “Qarabağ”dan başqa hansı komandamız yaxşı futbol oynayır? “Zirə” ilə “Qarabağ”ın heyətindəki futbolçuların keyfiyyətini müqayisə edəndə görürsən ki, “Zirə”dən "Qarabağ"ın oynadığı futbolu tələb etmək düzgün deyil. “Zirə” ancaq ona görə tənqid edilirdi ki, ilk pillədə idi. Komanda 4-5-ci yerdə olsa, heç kim deməyəcək ki, “Zirə” pis futbol oynayır. Rəşad Sadıqovun əlində olan material budur. Bu futbolçularla maksimum bunu edə bilir. Əksinə Rəşad Sadıqovu tənqid yox, təqdir etmək lazımdır ki, bu keyfiyyətdə futbolçularla ilk pillələrdə gedirlər. Məncə, məsələyə belə yanaşmaq lazımdır”.
"Neftçi" və "Sabah"ın transferlərinin heç də hamısı özünü doğrultmadı"
S.Səfiyarlı ötən mövsümü 2-3-cü pillələrdə başa vuran “Sabah”la “Neftçi”nin hazırda turnir cədvəlində lider “Qarabağ”dan çox uzaqlaşması haqda da danışıb. O bildirib ki, hər iki komandanın problemi eynidir: “Hər ikisində çoxsaylı transferlər oldu. Bu transferlərin heç də hamısı özünü doğrultmadı. Deyərdim ki, tələsik transferlər oldu. Məqsədli şəkildə olmadı. Oyunçu sayı çox olsun deyə transferlər olundu. Aydın məsələdir ki, yüksək ödənişli futbolçular gətirilib. Futbolçuların hamısı oynamaq istəyir, amma bu, mümkün deyil, ehtiyatda qalanı da olur. Belə olanda da komandanı idarə etməkdə problemi yaşanır. Həm “Neftçi”, həm də “Sabah”da belə problem var. “Sabah” oyun baxımından “Neftçi”dən daha yaxşıdır. “Neftçi” yaxşı təlim-məşq toplanışı keçə bilmədi, yeni məşqçi gəldi. Bununla belə, elə matçlar var idi ki, komanda yaxşı nəticə qazanmalı idi. Amma nə oyun göstərə, nə də nəticə əldə edə bilirlər. Məncə, problemi daha dərindən bilmək üçün komandanın içində olmaq lazımdır. Qıraqdan görünən aldadıcı ola bilər”.

S.Səfiyarlı sonda Azərbaycan millisinə faydasız legionerlərin cəlb olunması məsələsinə da toxunub: “Bu futbolçuların milliyə lazım olub-olmadığını ancaq baş məşqçi bilər. Son oyunlarda heyətə cəlb olunan legionerlərdən 6-7 futbolçunu çağırmamaq olardı və bu, heç də komandanın oyununa təsir etməzdi. Rahatlıqla 6-7 legioneri millidən uzaqlaşdırmaq olar. Məncə, milliləşdirməni minimuma endirmək lazımdır. Elə futbolçu var ki, doğrudan da milli üçün oynamaq istəyir. Belə futbolçuları nəzərdə tutmuram. Milli komanda klub deyil ki, ona maaş verib oyun tələb edəsən. Millidən hər şey fərqlidir. Burda ancaq ürəkdən oynamaq istəyənlər oynamalıdır”.
Ramiq Ağaməmmədov
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi