"İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi. İkinci yarıda daha çox hücumda olmaq istəyirdik".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turunda bu gün səfərdə "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesablı bərabərliyi belə şərh edib: "Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və yaxşı, belə "Neftçi"yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi".
Baş məşqçi "Araz-Naxçıvan"ın zəif komandalarla oyunlarda daha çox xal itirməsi fikrinə də münasibət bildirib: "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var idi. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub".
A.Bağırov komandanın təminatla bağlı müəyyən problemlərinin olduğunu deyib: "Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır".
Azər Bağırov "Milli komandada çalışmaq istərdinizmi" sualını belə cavablandırıb: "Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim çərçivəmiz deyil. Hər şey burda həll olunmur".
Baş məşqçi Orxan Əliyevin meydana daxil olandan sonra 5-10 dəqiqə topla təmin olunmaması haqda isə qeyd edib: "Orxan ilk onbirliyin futbolçusudur. Komanda yoldaşları ilə münasibəti idealdır. Neçə milyonluq "Neftçi" yə qarşı oynayırdıq. Meydanda kiməsə etiraz etmək emosiyadır. Futbolda mənim kimi səbrli dayanmaq olmaz".
A.Bağırov bildirib ki, bugünkü görüşdə qalib gəlmək imkanları da olub: "Məğlub da ola bilərdik. Demirəm ki, udmalıyıq. Bu gün qismətimizdə 1:1 hesabı idi. Uda da bilərdik. Daha tez qol vursaydıq, belə olardı. Geri çəkilmək fikrim yox idi. Meydana udmaq üçün çıxmışdıq".
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək