"Bu gün meydanda parlaq oyun var idi. Hər iki komanda hücum futbolu sərgilədi. "Qarabağ"a qarşı oynayırsansa, bu cür səhvlər etməməlisən, iki asan qol buraxmamalısan. Penaltini vura bilmədik. Oyundan sonra futbolçularım əlini sıxdım. Meydandakı mübarizələrinə görə onlara bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Yaxşı oyun oldu, amma nəticə bizim üçün pis oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 14-cü turunun "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Penaltidən düzgün istifadə edə bilməməyimiz önəmli an idi. Əgər qol vursaydıq, fərqli olacaqdı. Çünki rəqib daha çox hücuma çıxacaqdı və arxada boşluqlar buraxacaqdı. Biz də ondan yaxşı istifadə edə bilərdik. Deyə bilmərəm ki, qırılma anı o idi. Amma oyunun ən önəmli anlarından biri oldu" - deyə o bildirib.
Mütəxəssis Elvin Camalov bu gün oynatmamasının səbəbini belə izah edib: "Aleksey İsayev və Kristian Da Silva Elvindən daha yaxşı formadadırlar. Elvin demək olar ki, millidə oynamadı. Kristian iki həftədir ki, çox yaxşı formadadır. "Turan Tovuz"a qarşı da səfərdə çox yaxşı oyun keçirmişdi. Ona görə də, onların hər ikisinə bu gün fürsət verdik ki, oynasınlar.
Nicat Mehbalıyevin də Oyunu barəsində ona heç bir idarım yoxdur. Nicat çox yaxşı çıxış edir. Demək olar ki, komandanı önəmli matçlarda xilas edir.
Davit Volkovu isə səhhəti ilə bağlı problemi var idi deyə əvəzlədik".
M.Musayev özünü Azərbaycan millisinin baş məşqçisi vəzifəsində görüb-görmədiyi ilə bağlı sualı belə cavablandırıb: "Sabah"ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı. Ancaq indi mən "Sabah"ın baş məşqçisiyəm və bütün fikrim də bu klubla bağlıdır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilirlər. Onlara da gələcəkdə uğurlar arzulayıram".
O, "Zenit"in baş məşqçisi Sergey Semak "Sabah"ın uğursuz çıxışı haqda danışarkən, "Murad Musayevin performansına mövsümün sonunda baxarsız" deyib. Sizcə, o, nəyi demək istəyirdi" sualına bu cür cavab verib: "Onun özündən soruşun. Bəli, biz bir-birimizi yaxşı tanıyırıq. Mən orada təcrübədə olmuşam. Əfsuslar olsun ki, "Neftçi" - "Zenit" oyunu günü mən Rusiyaya uçmalı idim. Fikrimcə, o, bunu turnir cədvəlində daha yaxşı yerdə olacağımızla bağlı demək istəyirmiş.
M.Musayev həm "Sabah"da, həm də Azərbaycan millisi çalışdıra bilmək ehtimalı ilə bağlı deyib: "Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim "Sabah"la bağlıdır".
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı