Kvaratsxeliya daha bir klubun hədəfində

Kvaratsxeliya daha bir klubun hədəfində
DÜNYA FUTBOLU 24 Noyabr 2023 / 15:38 3665
-  A +

"Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya “Çelsi”yə keçə bilər.

QOLaz ESPN-ə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçu ilə komandanın hücum xəttini gücləndirmək istəyir.

“Napoli”nin isə gürcüstanlı oyunçunu satmaq istəmədiyi bildirilib.

Bir müddət əvvəl Almaniya mətbuatı Xviçanın "Bavariya"nın da maraq dairəsində olduğunu yazmışdı.

Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər