“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.
Qol.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazinin dünən idman jurnalistlərinə qarşı işlətdiyi fikirlərinə münasibət bildirərkən deyib.
Sədr, eyni zamanda, Baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.
Xatırladaq ki, millimizin baş məşqçisi dünən Belçika-Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib.
“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı