Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.
Yığma üzvlərindən Tural Sarıyev (48 kq) Padraiq Dovneylə (İrlandiya) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Muşeq Bayanduryanla (Rusiya) döyüşəcək.
Nicat Hüseynov (51 kq) da növbəti qələbəsini qazanıb. Avropa çempionumuz bu dəfə italiyalı Fares Al-Assini mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:25, 30:27). Hüseynov finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirəcək.
57 kq çəkidə Əzrək Bəbirov 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşıb. Döyüş yığma üzvünün 5:0 (28:27, 29:26, 29:26, 29:26, 29:26) hesablı qələbəsi ilə başa çatıb. Bəbirov növbəti görüşündə Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gələcək.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) Delil Dadayevi (Almaniya) sınağa çəkib. Döyüş həmyerlimizin 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda fransalı Yojerlin Sesarla gücünü yoxlayacaq.
Bununla da yarımfinala vəsiqə qazanan və özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 5-ə yüksəlib. Daha öncə Marjona Savriyeva (50 kq) da bu hüquqa yiyələnib.
Digər boksçularımızdan Ruslan Qədirovla (54 kq) Maqsud Xasmetov (60 kq) isə medalın 1 addımlığında – 1/4 finalda məğlubiyyətə üzülüblər.
Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam