Beynəlxalq Cüdo Federasiyası Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.
Qeyd edək ki, Acelya Toprak qadınlardan ibarət milli yığmanın tərkibində -57 kq. çəki dərəcəsində mübarizə aparacaq.
Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
“Dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan cüdo millisinə qoşulduğum üçün həyəcanlı və sevincliyəm. Mən şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına namizədliyimi Azərbaycan milli yığmasının tərkibində davam etdirə biləcəyəm.
Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu inanılmaz dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır və mən Azərbaycanın qüruru üçün mübarizə aparacağam.
Azərbaycanı Paris Oyunlarında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin, Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-in məqsədinə çatmasına kömək etməkdən məmnunam. Son olaraq, Bakıda məni səmimi qarşıladıqları üçün ACF-in rəhbərliyinə, məşqçilərə, idmançılara və federasiyanın heyətinə təşəkkür edirəm", - deyə Acelya Toprak bildirib.
Qeyd edək ki, idmançının transferində əsas məqsəd komanda daxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, A.Toprak indiyədək İngiltərəni təmsil edib.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı