“Qarabağ”ın 15 yaşlılardan ibarət komandası yeniyetmə məhkumlardan ibarət komanda ilə mini-futbol üzrə yoldaşlıq oyunu keçirib.
QOL.az xəbər verir ki, qarşılaşma 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü münasibətilə təşkil olunub. AFFA-nın təşkilatçılığı ilə baş tutan matç Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində gerçəkləşib.
Tədbir Məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən digər Dövlət qurumları ilə birlikdə təşkil etdiyi layihələr çərçivəsində reallaşıb.
Oyunu Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov, “Qarabağ” futbol klubunun baş direktoru Emrah Çelikel, AFFA-nın baş katibi Sərxan Hacıyev, klubumuzun İdarə Heyətinin üzvü Asif Əsgərov, eləcə də iştirak edən qurumların digər məsul şəxsləri izləyib. Oyundan sonra “Qarabağ” və AFFA-nın nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları