"Çətin oyun oldu. Məğlub olanda hirsli başla düşünmək, nələrisə demək çətin olur. İkinci hissədə daha yaxşı oynadıq. Əgər məğlubiyyətdən düzgün nəticə çıxaracağıqsa, bunun özü də qələbədir".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 11 turdan sonra nisbətən zəif oynamaqları normaldır: "Yenə deyirəm, nəticə çıxarmalıyıq. Rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Bunu yerli oyunçular baxımından deyirəm. Legionerlərlə bağlı problem yoxdur. Bu gün azarkeşlər Bayraməlini tanıdı. Orxan Əliyevin səhhətində də problem var idi. Halbuki onu əsas heyətdə meydana buraxmaq istəyirdik. Çalışırıq ki, yoxdan var edək, nəsə düzəldək".
O, avrokubok hədəflərinin olub-olmaması ilə bağlı deyib: Bu haqda düşünmürük. Bizim işimiz komandanı oyundan oyuna hazırlamaqdır. Qış fasiləsinə kimi maksimum xallar yığmağa çalışacağıq. Bu gün "Araz-Naxçıvan" üst pillələrdədirsə, başımızdan yuxarı tullanmışıq. Bu mövsümün əvvəlində hədəfimiz sırf çempionatda qalmaq deyildi. Realist olmaq lazımdır. Şəraitimiz çoxlarından aşağıdır.
Mütəxəssis qış fasiləsində transfer etmək istədikləri yerli oyunçuların olduğunu söyləyib: "Var. Amma klubları onları bizə verəcək-vermeyəcək, bu sual altındadır. Transfer pəncərəsi zamanı dəvət göndərəcəyik. Müqaviləsi olən oyunçu ilə danışmaq etik deyil, bizə yaraşmır".
A.Bağırov kinorejissor Tahir Tahirovun onu ölkənin bir nömrəli baş məşqçisi hesab etməsinə belə münasibət bildirib: "Tahir müəllim "Qarabağ"la oyundan sonra bir az emosiyalara qapıldı. Bizim sevdiyimiz şəxsdir. Heç kim deyə bilməz ki, Azərbaycanda Qurban Qurbanovdan böyük məşqçi var. Tahir müəllim naxçıvanlıdır, Naxçıvan futbolunu sevir".
Bugünkü oyunu buraxacaq
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?