"Kəpəz"in futbolçusu Tural Rzayev Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, o deyib: "Əlimizdən gələni edirik. Öz acizliyimizin səbəbini tam olaraq özümüzdə bilmirik. Sadəcə istədiklərimiz alınmır. "Qarabağ" hazırda Azərbaycanın ən üstün klubudur və onlara qarşı nəsə etmək çox çətindir. İstədikləri vaxt öz templərində oynaya bilən komandadır".
30 yaşlı yarımmüdafiəçi bildirib ki, bundan sonraki hər matç final kimi olacaq: "Həqiqətən də son şanslarımızdır. Əlimizdən gələni edəcəyik ki, çempionatda qala bilək."
T.Rzayev bu məğlubiyyətindən sonra Gəncə şəhərinə utancaq vəziyyətdə qayıdacaqlarını söyləyib: "Gəncədə küçəyə çıxmağa utanırıq. Sağ olsunlar, şəhər sakinləri tanıyırlar, maraqlanırlar. Çöldə, mağazada belə soruşurlar. Amma bundan sonra adam nə deyəcəyini heç bilmir".
Futbolçu komandanın bu cür nəticəsinin maddi səbəblərdən asılı olub- olmaması ilə bağlı sualı belə cavablandırıb: "Biz maaşımızı vaxtı vaxtında alırıq. Ona görə söhbət maddi problemlərdən gedə bilməz. Bu cəhətdən hər şey qaydasındadır. Hamı maksimum etməyə çalışır. Sadəcə stadionda istədimiz nəticəni əldə edə bilmirik."
Cavad Musayev
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması