"Bizim üçün çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi ki, meydanda onlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişik. Komandamı təbrik edirəm. Azərə və "Kəpəz"ə uğurlar arzulayıram”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis Andrey Lunyov və Mateusun "Bayer"ə qarşı oynamaq ehtimalı barədə bunları söyləyib: “Mateus tam hazır olmayacaq. “23 lük”də yer ala bilər. Amma Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə birgə məşqlərə başlayacaq. Görək həkimlər nə deyəcək”.
Qurbanov Azərbaycanın ən titullu klublarından olan "Kəpəz"in hazırkı durumuna da toxunub: “Turnir cədvəlinə baxanda, əlbəttə, “Kəpəz”in durumu xoş deyil. Amma futbolda belə nəticələr olur. Sadəcə bundan sonra uğurlu oynasalar, hər şey tam əksinə ola bilər. Azərə inanıram. Tez bir zamanda Allah qoysa, yaxşı nəticələr əldə etməsi gözlənilir. Çünki böyükhesablı qələbəyə baxmayaraq, ilk oyunda onlarla 1:1 oynamışdıq, onlar "Neftçi"yə qalib gəlmişdilər, "Sabah"la bərabərə qalmışdılar. Çempionatın əsas çempionluq uğrunda oynayan komandadan xal alıblar. Deməli, “Kəpəz”in potensialı var. Hazırda uğursuzluq zolağındadırlar. Bu vəziyyətdən çıxacaqlar”.
Q.Qurbanov karyerasında ilk dəfə het-trik edən Yassin Benziadan da söz açıb: “Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir. Yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.
O, bu mövsüm komandasında zədəli futbolçuların çoxluq təşkil etməsinin xüsusi səbəbi olmadığını bildirib: “Sadəcə yüklənmələr çoxdur. Hansısa futbolçu dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq. Futbolun silinməyən qaydalarıdır bu. Zədə ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, narahat olardım. Amma yükləmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq. Bəzən risklərə də gedirik”.
Qurban Qurbanov qarşıdakı "Bayer"lə matç barədə də danışıb: “Güc olaraq "Bayer" bizdən çox yuxarıdadır. Klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakından daha yaxşı oynamağa çalışacağıq. Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, onlar tam ciddi yanaşırlar. Bizi ciddi oyun gözləyir. Çox istəyirik ki, bu rəqibə qarşı daha aktiv, daha yaxşı oyun göstərək. Oyunçularıma inanıram ki, səfərdəkindən daha daha yaxşısını burada edəcəyik”.
Ozobiçdən 70-ci qol
Davit Volkov 100-ə çatdı
"Milan"da ağır itki
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”