“Çox üzücü məğlubiyyətdir. Amma reallıq var. “Qarabağ” bizdən qat-qat üstündür. Bu komandanın əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün”.
QOL.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 1:7 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, komandasında əzmkarlığın çatışmadığını bildirib: “Uşaqlar nəsə etməyə çalışdı. Amma çalışmaqla bərabər, əzmkarlıq çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı”.
Mütəxəssis matçın gedişində özünün yox, köməkçisinin futbolçulara göstəriş verməsininin səbəbini belə izah edib: “Bizim komanda sonuncu pillədədir. Bu yerdə olan kollektivin nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən çalışmışam ki, ehtiyat skamyada dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi, mən bacarmadım, Etibar müəllimə həvalə etdim”.
Gəncə klubunun baş məşqçisi ağır məğlubiyyətin ona bərk toxunduğunu vurğulayıb: “Acınacaqlı məğlubiyyətdir. Amma “Qarabağ” hər il başqa komandalarla matçda da böyük hesablı qələbələr qazanıb. Bu gün də bizim üzərimizdə qazandılar. Bu, mənə bərk toxunur”.
A.Məmmədov komandadan mümkün gedişi barədə bunları söyləyib: “Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq. Getmək barədə düşünmürəm desəm, yalançı olaram. Bəli, düşünürəm”.
A.Məmmədov Gəncə futbolundakı söz-söhbətlərin komandaya mənfi təsir etdiyini bildirib: “Bakı klublarında təcrübəm olub. “Kəpəz”ə gedəndə çalışmışam ki, hər kəs öz işi ilə çalışsın. Mən də məşqçiyəm və öz işimlə məşğul idim. Digər sahələrin mənə aidiyyəti yoxdur. Gəncədə bu qədər söz-söhbətin olması, ən birinci “Kəpəz”in inkişafına maneədir. Söz-söhbətlər yığışdırılmalıdır. Hamı bir yumruq olaraq, “Kəpəz”in uğuru üçün döyüşməsə, bu, komandanın ziyanına işləyəcək”.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı