Çox gərgin, dramatik bir oyun idi. Komanda bu gün xarakter göstərdi. Bir tərəfdən sevinirəm qələbəyə görə, digər tərəfdən isə zədələnən futbolçularıma görə məyusam”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Birinci hissədə zəif çıxış etdik. Fasilədən sonra komanda toparlandı. Futbolçularla sakit söhbətləşdik. İkinci hissədə çox yaxşı çıxış etdik. Rəqib də ilk hissədə əla təsir bağlşladı. “Turan Tovuz”dan belə oyun gözləmirdim. Komandam döyüşçü xarakteri nümayiş etdirdi. Bu, təsadüfi deyil. Layiqli qələbə qazandığımızı düşünürəm. Şən futbol oynamağa çalışırıq. Bu gün komandam başqa bir futbol oynadı”.
Mütəxəssis bugünkü itkilərin onu qayğılandırdığını bildirib: “Ən böyük problemimiz müdafiədədir. Buna qədər Cabir Əmirli, Vüqar Həsənov, Adil Nağıyev zədəli idi. Bu gün isə onlara Süleyman Əhmədov da qoşuldu. İndiki məqamda əlimizdən nəsə gəlmir. II dövrənin tez bitməyini gözləyirik. Əsas problem də odur ki, zədələnənlərin hamısı yerli futbolçulardır”.
Diniyev bu matçın karyerasında ilk olduğunu vurğulayıb: “Karyeramda belə bir oyun olmamışdı: gərgin, xarakterli, itkili”.
“Səbail”in baş məşqçisi ilk hissədə komandasının qapıçısı Səlahət Ağayevin sarı vərəqə aldığı epizodu belə dəyərləndirib: “Mən də VAR-da hakimin baxdığı epizodu kənardan izlədim. Top Səlahətin əvvəl başına, sonra əlinə dəydi. Ona görə də, məncə, hakim düzgün qərar qəbul etdi”.
Şahin Diniyev Ayxan Abbasovun hakimlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirməyib: “Nəinki Ayxan Abbasovun, ümumiyyətlə bütün həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Amma buna münasibət bildirmək istəməzdim. Çünki hər kəsin futbolçula baxışı bir cürdür”.
Ozobiçdən 70-ci qol
Davit Volkov 100-ə çatdı
"Milan"da ağır itki
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”