Asiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Asiya Çempionlar Liqasında ləğv edilən "Sepahan" - "Əl-İttihad" matçı ilə bağlı qərar qəbul edib.
QOL.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, İran çempionuna texniki məğlubiyyət verilib. Buna "Sepahan"ın stadionunda oyun öncəsi iranlı general Qasım Süleymaninin büstünün qoyulması səbəb olub.

Matç oktyabrın 2-i İsfahandakı (İran) “Nəqş-e Cahan” stadionunda keçirilməli və Bakı vaxtı ilə saat 19:00-da başlamalı idi. “Əl İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş büstə görə oyuna başlamaqdan imtina edib. Bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı öldürülən iranlı general Qassem Süleymanini təmsil edir. Səudiyyə Ərəbistanı mediasına görə, “Əl-İttihad” “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlər”in olması səbəbindən meydana çıxmayıb və görüş ləğv olunub. Tribunada olan iranlı azarkeşlər meydana müxtəlif əşyalar ataraq narazılıqlarını bildiriblər.
"Sepahan" eyni zaman 200 min dollar məbləğində cərimələnib və ÇL-də ilk 3 matçını öz stadionunda keçirməyəcək.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması