Sabah Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.
Qol.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.
Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.
34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.
Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.
Əlavə edək ki, budəfəki kubok yarışında Misli Premyer Liqası, 1 və 2-ci liqanın təmsilçiləri mübarizə aparacaq.

Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması