“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə "Qızıl top"u əldə edib.
Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib.
Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib. Həmçinin forvard ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 32 oyun keçirib, 16 qol vurub və 16 qolun ötürməsini verib. Bundan əlavə, o, Çempionlar Liqasında 7 matçda 4 qol vurub və 4 qolun ötürməsini edib.
Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı.
Yuxarı
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı