"Qarabağ" böyük komandadır. Onlara qarşı oynamaq zövq verir".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ"a qalib gəldikləri matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib:
O, qələbəyə baxmayaraq, Ağdam təmsilçisinin "Araz-Naxçıvan"dan daha yaxşı çıxış etdiyini söyləyib: "İlk oyunda da, bu gün də "Qarabağ" bizdən qat-qat üstün idi. Amma şans biz tərəfdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqası oyunundakı yorğunluğu da bizim üçün müsbət hal oldu. "Qarabağ" çox qaça bilmədi".
O, komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparıb-aparmayacağı barədə bunları deyib: "Komandanı oyundan oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklar çox çətindir. Çalışırıq hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik".
Mütəxəssis "Araz-Naxçıvan"da komanda və klub birdən formalaşdı. Bu, sizi qorxutmur" sualına belə cavab verib: "Oyundan sonra uşaqlara dedim ki, işimiz daha da çətinləşir. Bu gün böyük şeylər haqda danışmağa dəyməz. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək".
Baş məşqçi "Bir neçə il əvvəl "Araz-Naxçıvan" bu stadionda"Qarabağ"a məğlub olandan sonra çempionatda iştirakını dayandırmışdı. Bu gün eyni məkanda onları məğlub etdiniz" fikrinə də münasibət bildirib: "Böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbrli müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi".
A.Bağırov "Araz-Naxçıvan"ın bu mövsüm Naxçıvanda oyun keçirib-keçirməyəcəyi haqda məlumatının olmadığını qeyd edib: "Bu barədə məlumatım yoxdur. Rəhbərliyə aid olan məsələdir. Ümid edirəm tez bir zamanda məlumat olar".
O, səhvlərə görə müdafiəçilərini danlamadığını deyib: "Uduzanda da futbolçulara danlamaq mənasında söz demirəm heç vaxt. Futbol səhvlərlə gözəldir".
A.Bağırov "Orxan Əliyev Region Liqasından sizinlə birlikdə bura kimi gəldi. Bu, necə baş verdi" sualını bu cür cavablandırıb: "Hər insanın içində bir "mən" var. Ona motivasiya vermək lazımdır. Orxan bizi dinləyir, meydanda mübarizə aparır, səhvlərini boynuna alır. Vadim də həmçinin".
Mütəxəssis Region Liqasında çalışdıqdan sonra Premyer Liqada uğur qazanmasından da danışıb: "Bilmirəm bundan sonra necə olacaq. 2010-cu ildə "Neftçi"də seleksiyaçı məşqçi kimi çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Qismətdən elə olub ki, Premyer Liqaya dəvət almamışam. Bəlkə də çoxlarından çox çalışmışam. Komandalarım 1-ci liqada çempion olub. U-11 Liqasında belə işləmişəm. Qismət bu günə imiş. Öz bacarığımı göstərməyə bilməzdim".
O, sonda "Qarabağ"ın "Araz-Naxçıvan"ın 2-ci qolundan öncə qayda pozuntusunun olduğunu iddia etməsinə toxunub: "Heç vaxt hakimlərin işinə qarışmıram. Həmişə feyr-pleyi sevirəm".
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
DÇ-2026: Bugünkü oyunların təqvimi və nəticələr
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki