“Maraqlı oyun oldu. Gözlənilməz nəticə qeydə alındı. Qələbə münasibəti ilə “Araz-Naxçıvan”ı təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” oyunu barədə danışarkən deyib.
O, görüşdə ilk növbədə bir naxçıvanlı kimi iştirak etdiyini bildirib: “Bilirsiniz ki, qardaşım Ramin Axundov “Araz-Naxçıvan”ın prezidentidir. Mən isə bu matça AFFA İcraiyyə Komitəsinin üzvü və ilk növbədə bir naxçıvanlı kimi qatılmışam. Odur ki, klubun adından bir söz deyə bilmərəm. Amma bu qələbəni ilk dövrədəki məğlubiyyətin revanşı adlandırmazdım”.
Z.Axundov indidən Naxçıvan klubunun avrokubok perspektivi barədə danışmağın erkən olduğunu bildirib: “Hələ tezdir. İndidən avrokuboklardan danışmaq olmaz. Çünki bir tərəfdən marafon uzundur. Digər tərəfdən də turnir cədvəlində sıxlıq var. Hər tur bir komanda digərini ötə bilər. Bütün klublara uğurlar arzulayıram. İlk növbədə isə milli komandamıza”.
“Araz-Naxçıvan”ın məqsədləri barədə sualı Z.Axundov belə cavablandırıb: “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqaya qayıdıb. Mən bildiyim qədəri ilə komandanın qarşısına hər hansı ciddi məqsəd qoyulmayıb. Hədəf Naxçıvanı Premyer Liqada layiqincə təmsil etməkdir”.
O, Naxçıvan stadionunun son durumundan da söz açıb: “Sənədləşmə işləri artıq başlayıb. Tezliklə digər işlərə də start veriləcək. Hər şey kompleks şəkildə aparılacaq”.
AFFA İcraiyyə Komitəsinin üzvü “Araz-Naxçıvan”ın yenidən Premyer Liqada çıxış etməsini müsbət hal kimi dəyərləndirib: “Naxçıvanlı azarkeş kimi sevinirəm ki, bu gün “Araz-Naxçıvan” yenə Premyer Liqada oynayır, Naxçıvanı təmsil edir. Ötən mövsüm komanda 1-ci liqada çempion oldu. Hazırda isə Premyer Liqada inamlı təsir bağışlayır. Bu, mənim üçün əvəzolunmaz bir hissdir”.
O qeyd edib ki, komandanın uğurlu çıxışı bölgədə futbolun inkişafına töhfə verəcək: “Sovet dövründə Naxçıvan futbol məkanı olub. “Araz” müxtəlif vaxtlarda aşağı liqada mübarizə aparıb. Naxçıvanda futbolu sevirlər. Komandanın cari mövsümdəki çıxışı gənclərin futbola sevgisini daha da artıracaq”.
Zaur Axundov gələcəkdə Naxçıvanı Premyer Liqada birdən çox klubun təmsil etməsi perspektivinə də toxunub: “Naxçıvanda daxili yarış keçirilir. Qalib Region Liqasında mübarizə aparır. Əlbəttə, istərdim ki, gələcəkdə Ordubadın da, Şərurun da Premyer Liqada təmsilçisi olsun. Naxçıvanın böyük ərazisi, geniş rayonları, müasir şəhərləri var”.
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
DÇ-2026: Bugünkü oyunların təqvimi və nəticələr
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki