Azərbaycan 1-ci liqasında mübarizə aparan "Difai"də klubdaxili toplantı keçirilib. Rəhbərlik komanda üzvləri ilə görüşüb.
QOL.az xəbər verir ki, iclasda prezident Asəf Məlikov, vitse-prezident Cavidan Qorçıyev və digərlər funksionerlər iştirak edib.
Kollektivin 1-ci liqanın ilk 6 turundakı çıxışı, hazırlıq prossesi və gələcək planlar müzakirə olunub.
A.Məlikov nəticələrin onları qane etmədiyini, tezliklə vəziyyəti düzəltməyin lazım olduğunu bildirib. Prezident artıq islahatların başladığını və bu prosesin qış fasiləsinədək davam edəcəyini söyləyib.
O, baş məşqçi vəzifəsini müvəqqəti həyata keçirən Elgiz Kərəmliyə inandıqlarını deyib. Eyni zamanda vurğulayıb ki, "Difai" turnir cədvəlinin aşağı pillələrində qərarlaşa bilməz, hədəf maksimum dərəcədə irəliləyişə nail olmaqdır.

1-ci liqada debüt mövsümünü keçirdiklərini, əksər futbolçuların təcrübəsiz olmasını dilə gətirən A.Məlikov bütün bunlara rəğmən, görülən işlərin "Difai"nin həyatında yeni səhifə açacağını diqqətə çatdırıb.
A.Məlikov qeyd edib ki, C.Qorçıyev bundan sonra komandanın gündəlik işləri ilə daha yaxından məşğul olacaq.
Vitse-prezident də öz növbəsində "Difai" adının əhəmiyyətindən danışıb, tarixi təşkilatın atributlarını formasında daşıyan futbolçuları bir qədər də məsuliyyətli olmağa səsləyib.
Cavidan Qorçıyev bildirib ki, klubun maddi-texniki bazası bundan sonra daha da yaxşılaşdırılacaq, heyətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı