"Sabah"ın futbolçusunun o qolu həsr etdiyi şəxs kimdir? - Video

"Sabah"ın futbolçusunun o qolu həsr etdiyi şəxs kimdir? - Video
VİDEO 30 Oktyabr 2023 / 13:35 7962
-  A +

"Sabah"ın futbolçusu Boyan Letiç "Neftçi" ilə dünən keçirilən Misli Premyer Liqasının 11-ci turunda komandasının qələbə qolunun müəllifi oldu.

Qol.az xəbər verir ki, o, 90+5-ci dəqiqədə topu rəqib qapısından keçirdi. Bu zaman bosniyalı futbolçunun hərəkəti diqqət mərkəzinə düşdü.

O, hakimin VAR-a baxılıb qolu qeydə almasından sonra əvvəlcə texniki zonaya yaxınlaşaraq oradan forma götürdü. Sonra Letiç çəkiliş edən TV-kameraya yaxınlaşaraq formanı nümayiş etdirdi. Formanın üzərində bir gəncin şəkli və üzərində serb dilində "Почивај у миру брате - 1993-2023" (Rahat uyu, qardaş) sözləri yazılmışdı. 

Qolun vəfat etmiş şəxsə həsr edildiyini təxmin etmək mümkündür. Elə "Sabah"ın mətbuat xidmətindən də Qol.az-a bildirilib ki, Letiç qolu vurarkən bu yaxınlarda gənc yaşda (30) dünyasını dəyişən dostunu anıb və qolu da məhz onu xatirəsinə həsr edib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner