"Çox gərgin oyun oldu. İlk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci yarıda üstünlüyü ələ aldıq və qol vurduq. Bu qələbə bizim üçün çox önəmlidir. Bizə daha da inam verəcək".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin Misli Premyer Liqasının 11-ci turunda bu gün səfərdə "Neftçi"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Rusiyalı məşqçi bu qələbənin komanda üçün bir təkan olacağını bildirib: "Futbolçulara dəsdək verdik. Dedik ki, çox şeylər edə bilərsiniz, meydana çıxın və oyunu həll edin. Bir daha deyirəm, bu qələbə çox önəmli idi. Bunu "Sabah" azarkeşlərinə həsr edirəm. Çalışacağıq ki, hər oyunda qalib gələk. Bu qələbə bizim üçün bir təkan olacaq".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı