"Gözəl oyun idi, hər iki komanda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Bəxt və şans rəqib tərəfdə idi".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 11-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "İlk 11-likdə başlayan futbolçular tapşırıqları yaxşı yerinə yetirdi. Rəqibi öndə sıxmağın öhdəsindən gələ bilirdilər. "Sabah"la ilk matçlar müqayisədə komanda bu gün yaxşı oynadı. Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə aparırdı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı. Bu gün bəxt "Sabah"ın tərəfində idi".
Mutu hər dəfə meydana fərqli heyət buraxmasına da aydınlıq gətirib: "Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Alleqri "Yuventus"da 100-dən çox fərqli heyət buraxıb, "Fiorentina"nın baş məşqçisi 85 fərqli 11-liklə oynayıb. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdır, onların haqqını yemək olmaz".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı