"Yorğunluq hiss olunurdu. Bilirdik ki, bu əziyyəti çəkəcəyik. İlk dəqiqələrdə top itkiləri oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfrnasında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: "İkinci yarıda meydanda tam fərqli "Sumqayıt" gördük. Əldə etdiyimiz epizodları qola çevirə bilmədik. Lakin fasilədən sonra yaxşı oynadıq, udmaq istəyən komanda görünürdü. Demirəm ki, ilk yarıda da belə deyildi. Sadəcə çox şey alınmırdı. Bu da yorğunluqla bağlı idi. "Sabah"la iki oyunda həddən artıq enerji vermişdik. Bu gün də oynadıq, uduzmadıq. Qarşıdakı matçlara köklənəcəyik. Yorğunluğu bir həftədə atarıq və qələbə qazanarıq".
S.Abasov komandasının son nöqtəni qoya bilməməsi ilə bağlı da danışıb: "Son nöqtənin qoyulmaması sırf futbolçunun keyfiyyəti ilə bağlıdır. Keyfiyyətlərini ortaya qoya bilmədilər. Yorğunluq həqiqətən hiss edilirdi. "Qəbələ" açıq futbol oynayır. Bunu bilirdik. Qalib gəlmək emosiyası artmışdı. İstədik qalib gələk".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı