“Maraqlı, bol qollu oyun oldu. İlk hissədə biz, ikincidə isə rəqib üstün oynadı. Birinci yarıda rəqib müdafiəsindəki boşluqları tapmışdıq. Yenə də qol şanslarımız var idi. Lakin dəyərləndirə bilmədik”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 11-ci turunda “Zirə” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.
O, ikinci hissədə komandasının zəif təsir bağışladığını bildirib: “İkinci hissədə inamsız təsir bağışladıq. Bu, bəlkə də 11 matçda keçirdiyimiz ən zəif hissə idi. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin bu gün ikinci yarıda bunu görmədim. Belədə mütləq cəzalanmalıydıq, belə də oldu”.
Diniyev rəqib haqda da danışıb: “Zirə” çox yaxşı, intizamlı komandadır. Rəşad Sadıqov nə istədiyini bilən kollektiv formalaşdırıb. İkinci hissə məni çox məyus etdi. İrəli baxmalıyıq”.
O, komandasının bombardirində arxayınlıq yarandığını etiraf edib: “Ramalinqom keyfiyyətli hcumçudur. Lakin bu gün sanki özünü daha hazırlıqlı hesab edir. Razıyam ki, bu gün arxayın görünürdü. Xüsusən də ikinci hissədə bir epizodda real şansı boşa verdi. Sadəlikdən mürəkkəbliyə keçdi ki, bu da fərqlənməsinə mane oldu”.
O, “Zirə”yə 2 qol vurmağın heç də asan olmadığını bildirib: “Zirə” kimi komandaya 2 qol vurmaq asan deyil. Amma bundan da artığını bacara bilərdik. Təəssüf ki, ilk yarıda üçüncü qolu vura bilmədik”.
Diniyev legioner strategiyası haqda da danışıb: “Futbolda uğur qazanmaq üçün 100 faiz lazım olan cəhətlərdən bizdə 80 faizi var. 20 faizi isə çatmır. Hərdən deyirlər ki, “Səbail”in büdcəsi çoxdur, amma biz maddi baxımdan heç "5-lik"də yoxuq. Mən istəsəm, hər mövqeyə 2 futbolçu götürmək olar. Amma bu, müvəqqəti bir şeydir. Komanda yaradırsansa, təməli düz qoymalısan. Keçən il 9-cu olan bu gün 1-ci olsa, gələn il komanda qalmayacaq”.
“Səbail”in çalışdırıcısı qışda heyəti gücləndirəcəklərini bildirib: “Qış fasiləsində çatışmayan cəhətlərə baxacağıq. Ola bilər ki, heyətimizi gücləndirək. Fasiləyə hansı mövqedə yollanacağımız da bu baxımdan önəmlidir”.
Diniyev zamana ehtiyac duyduqlarını deyib: “Ötən mövsümün sonunda klubun taleyi nazik bir ipdən asılı idi. “Səbail” yox ola bilərdi. Həmin yerdən bugünkü mövqeyə gəlmək üçün zaman lazım idi. Heç kim təminat verə bilməz ki, mən nə qədər “Səbail”də qalacağam. Əsas odur ki, olduğum müddətdə vicdanım təmiz olsun. Legionerləri gətirib sonra nəticə verə bilməsəm, necə olacaq? Səhv də olsa, düz də olsa, bu, mənim baxışımdır. Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim. Təbii ki, mələk deyiləm, hər kəs kimi, mənim də günahlarım olub”.
Diniyev bildirib ki, reallıqları qəbul etmək lazımdır: “Səbail” bu gün də iddialıdır. Lakin reallıqları qəbul etməliyik. Bəli, biz yeganə komandayıq ki, hər oyunda qol vurmuşuq. Uduzmaq da olar, lap 0:5, 0:8. Amma əsas odur ki, qorxaq futbol oynamayasan. Təəssüf ki, bu gün komandam istədiyim həmin futbolu ikinci hissədə göstərmədi”.
Epizodların birində “Səbail”in qapıçısı Səlahət Ağayev vaxt uzatmağa çalışsa da, Şahin Diniyev buna sərt reaksiya verdi. Mütəxəssis həmin epizoda belə münasibət bildirib: “Bəli, həmin anda qışqırdım. Çünki elə şeydən xoşum gəlmir. Sabah mən də Rəşad Sadıqovla eyni vəziyyətə düşə bilərəm. Odur ki, futbol oynamaq lazımdır. Azarkeş stadiona futbol görmək üçün gəlib”.
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı