“Futbolçuların çıxışından razı qaldım. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Güclü rəqibə qarşı oynadıq”.
QOL.az xəbər verir ki, saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turunda “Səbail”lə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.
O, matça yaxşı başladıqlarını bildirib: “Erkən qoldan sonra şanslarımız olsa da, onlardan faydalana bilmədik. Ardınca 3 dəqiqəyə qapımızda 2 qol gördük. Bu, bizim üçün sarsıntı idi. Amma komanda özünü itirmədi. Üstünlük bizim tərəfimizdə idi. Cavab qolunu vursaq da, qələbə qazana bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm”.
Sadıqov matça ciddi itkilərlə çıxdıqlarını bildirib: “İkinci hissədə oyunu gücləndirəcək futbolçumuz yox idi. Ehtiyatdakılar əsasən müdafiəyə meyilli futbolçular idi. Heyətlə bağlı problemlər var. Bunu bilirik. Amma əlimizdən nəsə gəlmir. Qışı gözləməliyik”.
“Zirə”nin çalışdırıcısı hücum xəttindən razılığını ifadə edib: “Rüstəm və Suma yaxşı çıxış etdi. Kulaç da oyuna yaxşı qoşuldu. Hücum xəttindən razı qaldım. Sadəcə bir qədər soyuqqanlılıq çatmadı ki, qələbə qolunu vuraq”.
Sadıqov komandasında zədəlilərin çoxluq təşkil etdiyini vurğulayıb: “Çempionatda bəlkə də ən çox zədə alan komandayıq. Yüklənməyə də nəzarət edirik. Amma yenə də zədəlilərimizin sayı artır”.
Mütəxəssis “Səbail”in dəqiqliyini qabardıb: “Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, 2 zərbə oldu və ikisi də qola çevrildi. Bizdə də eyni dəqiqlik olsa, hər matç 4-5 qol vurardıq. Nuno Pedro usta oyunçudur. İlk qolu möhtəşəm idi. İkinci qolu da heç nədən yaratdı. Buraxılan qollara görə müdafiəni günahlandırmaq istəməzdim”.
R.Sadıqov bildirib ki, “Səbail” əks-hücumlarda əla çıxış edir: “İlk qolda dayaq yarımmüdafiəçisi topu itirdi. İbrahima Abbas yaxşı görsənmirdi. Buna görə də onu fasilədə əvəzlədik. Lukoviç çox yaxşı qoşuldu oyuna. “Səbail” çempionatda ən təhlükəli əks hücuma çıxan komandadır”.
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər