"Komandada hər şey çox yaxşıdır. "Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Misli Premyer Liqasının 11-ci turunda "Sabah"a qarşı keçirəcəkləri oyunula bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
O, ancaq qələbə haqda düşündüklərini bildirib: "Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir. Meydana 3 xal üçün çıxacağıq".
Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: "Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
O, "Sabah"ın üç gün əvvəl "Sumqayıt"la 2-ci turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: Biz belə şeyləri düşünmürük. Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq".
Qeyd edək ki, oktyabrın 29-da "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:30-da start götürəcək.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı