"Araz Naxçıvan" Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ"la qarşılaşacaq.
Qol.az xəbər verir ki, zədədən qayıdan yarımmüdafiəçi İsmail Azzaui Bugünkü məşqdən sonra klubun rəsmi saytına açıqlama verib. Zədəsini sağaldan belçikalı hücumçu "Qarabağ"la görüşə hazır olduğunu bildirib:
"Ötən həftə ayağımda problem var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.
Azzaui Ağdam təmsilçisini Azərbaycanın ən güclü klubu adlandırıb: "Qarabağ" haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq".
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı