Misli Premyer Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini davam etdirir.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu günü bir məşqlə yekunlaşdırıb. Günün birinci yarısında Bakı Olimpiya Stadionun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib. Yarımmüdafiəçi son çempionla duelə hazırdır.
Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 19:00-da start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı