"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov əsas komandanın hazırkı çıxışı haqda danışıb.
Qol.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: "Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".
F.Mahmudov baş məşqçiləri Andrian Mutuya dəstək olduqlarını bildirib: "Şayiələr yayılıb ki, biz Mutunu göndərmək istəyirik. Bu, düzgün deyil. Biz baş məşqçimizin arxasında dayanmışıq, ona inanırıq və sonadək də inanacağıq".
O, klubun yeni bazasının nə vaxt hazır olacağı barədə sualı da cavablandırıb: "Bu baza bizim üçün prioritet işlərdən biridir. Artıq bir neçə şirkətlə danışmışıq. Onlardan cavab gözləyirik ki, bazanın hazır olması nə qədər vaxt və nə qədər maliyyə aparacaq. Bu suallara cavab verildikdən sonra öz planımızı quracağıq"
Qeyd edək ki "Neftçi" Misli Premyer Liqasında 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.
Ozobiçdən 70-ci qol
Davit Volkov 100-ə çatdı
"Milan"da ağır itki
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər