Bu gün "Neftçi"nin yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirilib.
Qol.az xəbər mərasimdə klubun baş icraçı direktoru Fərrux Mahmudov, baş məşqçi Adrian Mutu da iştirak edib.
Bu təyinatın əhəmiyyəti barədə danışan klub rəhbəri F.Mahmudov inandığını bildirib ki, Y.Andersson "Neftçi"nin akademiyasının inkişafında rol oynayacaq. O qeyd edib ki, Anderssonu AİK və "Hayduk"dakı işinə görə kluba cəlb ediblər: "Əgər o buradadırsa, Anderssonun İsveç millisində az işləməsi məni qorxutmur".
F.Mahmudov "Neftçi"nin əsas komandasının hazırkı çıxışları barədə danışarkən baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: "Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".
Tədbirdə Yens Andersson da çıxış edib. O, əvvəlcə "Neftçi"də olmaqdan şad olduğunu deyib. İsveçli mütəxəssis ümid etdiyini bildirib ki, qazandığı təcrübə hər iki tərəf üçün xeyirli olacaq.
Yens Andersson klubla tanış olduğunu, fəaliyyətinin "Neftçi"nin akademiyasını da əhatə edəcəyini vurğulayıb. O deyib ki, "Neftçi" ilə əməkdaşlığının uğurlu olacağına ümid edir. Bununla belə, Andersson hədəfə çatmaq üçün vaxta ehtiyac olduğunu da söyləyib. O qeyd edib ki, Azərbaycan futbolunda adlar çoxdur və birinci növbədə onları tanımalıdır.
Qeyd edək ki, "Neftçi" ötən ay Y.Anderssonla 2 illik müqavilə imzalayıb. O, Azərbaycana gələnə qədər öıkəsində AİK-in idman direktoru vəzifəsində çalışıb. Andersson "Hayduk" (Xorvatiya), "Arxus" (Danimarka) və İsveç millilərində də çalışıb.
Onun dediyinə görə, Avropada qazandığı təcrübəni Azərbaycanda da tətbiq etməyə çalışacaq: "Artıq "Neftçi"nin oyunlarına baxmışam. "Neftçi" rəhbərliyi ilə ilk görüşdən sonra məndə klubun layihəsinə maraq yarandı. Bu iş mənim üçün yeni çağırışdır".
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər