Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib. Sözügedən oyun bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.
“Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.
“Sabah” – “Sumqayıt” oyununun 78-ci dəqiqəsində “Sabah” klubunun meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 800 manat cərimə edilib.
Eyni görüşün 60-cı dəqiqəsində “Qəbələ” klubunun 72 nömrəli futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” klubu 500 manat cərimə edilib.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı