UEFA Avro-2024-ün daha bir oyununu təxirə saldı

UEFA Avro-2024-ün daha bir oyununu təxirə saldı
AVRO-2024 12 Oktyabr 2023 / 12:57 4529
-  A +

UEFA Avro-2024-ün seçmə mərhələsində oktyabrın 15-i keçirilməsi planlaşdırılan Kosovo - İsrail matçını təxirə salıb.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qarşılaşmanın yeni tarixinin yaxın vaxtlarda açıqlanacağı vurğulanıb.

 Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. 

Qeyd edək ki, bundan əvvəl UEFA bu gün oynanılmalı olan İsrail - İsveçrə görüşünü təxirə salmışdı.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner