“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun Qol.az saytına müsahibəsi
- Çempionatda ilk dövrə geridə qaldı və “Araz-Naxçıvan” çoxlarının gözləmədiyi halda 4-cü pillədə qərarlaşıb. Komandanızın 9 tur ərzində çıxışını siz necə qiymətləndirirsiniz?
- Sözün açığı, ilk üç oyunda komandadan tam başqa performans gözləyirdim. Üç matçdan sonra oyunumuzda inkişaf başladı. Futbolçular həm müdafiədə, həm də hücumda daha dəqiq oynadılar. Son iki qarşılaşmada isə mən istədiyim oyunu göstərə bildik. Müdafiədə və yarımmüdafiədə inkişaf hiss olundu. Komanda özünü çox yaxşı göstərdi.
- “Araz-Naxçıvan” ölkə xaricində hazırlıq keçməyən iki klubdan biridir. Həm də komanda çox gec toplandı, transferlər mövsümün başlamasına bir neçə gün qalmış edildi. Bu qısa zamanda kollektivi necə formalaşdıra bildiniz?
- Əslində illərlə uşaq futbolu ilə məşğul olmuşam. Premyer Liqada ilk dəfə olsam da, birinci divizion təcrübəm var. Mənim üçün ən önəmli olan yaxşı bir kollektiv formalaşdırmaqdır. Düşünürəm ki, tədricən bu istəyimizə nail olacağıq. Düzdür, komanda gec yığıldı, legionerlər bizə gec qoşuldu, amma biz onlarda inam yaratdıq. İlk növbədə özünə inanan və mehriban kollektiv olmalıdır ki, uğurlu nəticələr də gəlsin. Bizim komandada oyundan-oyuna irəliləyiş hiss olunur. Getdikcə futbolçular bir-birini daha yaxşı tanıyır, bir-birinə daha da inanır. Amma hələ görüləsi işlərimiz çoxdur.
- Komandanız iddialı klublara qarşı göstərdiyi oyunu ilə seçilir. Bunlar qarşınıza qoyduğunuz hədəfi artırırmı?
- Mən heç vaxt komandanı meydana heç-heçə üçün çıxarmıram. Komandamda da bu psixologiyanı formalaşdırmağa çalışıram. Təbii ki, “Araz-Naxçıvan”ın uzun fasilədən sonra böyük futbola qayıdışını nəzərə alsaq, qarşımıza böyük hədəflər qoya bilmərik. Amma həmişə deyirəm ki, komanda oynamağı bacarırsa, niyə də ən yaxşısına can atmayaq? Təbii ki, qarşıda böyük bir marafon var. Necə olacağını zaman göstərəcək. Amma bu gün 4-cü yerdəyiksə, təbii ki, istəyimiz və məqsədlərimiz var.
- İlk dövrədə "Araz-Naxçıvan"da hansı çatışmazlıqlar oldu?
- Hücum xəttində bir az axsamalar var. Çalışırıq ki, bu fasilə zamanı onun üzərində işləyək. Komanda ön xətdə daha istəkli, sərrast olmalıdır. Yeni transferlərimiz var. Onlar üçün müəyyən vaxt lazım idi. Yəqin ki, ikinci dövrədən bu problem də həllini tapar.
- Ev oyunlarınızı nə vaxt Naxçıvanda keçirəcəksiniz?
- Mənə bununla bağlı məlumat verilməyib. “Dalğa Arena”da oynamağa davam edirik. Stadionumuzda işlər gedir, hazır olanda orada oynayacağıq.
- Bakıdakı oyunlarda digər klublarımız kimi “Araz-Naxçıvan”ın oyunların da gələn azarkeşlərin sayı çox azdır. Hər halda ev oyunları Naxçıvanda keçirsəniz, böyük azarkeş dəstəyi komandanın gücünə güc qatar.
- Əlbəttə, biz birinci divizionda çıxış edən zaman Naxçıvanda oyunumuza xeyli azarkeç gəlirdi. Bizə çox yaxşı dəstək verirdilər. Azarkeş futbolda çox böyük amildir. Onlarsız futbolun marağı olmaz. Burda da “Araz-Naxçıvan” azarkeşləri oyunumuza gəlir. Həmişə komanda ilə maraqlanırlar, suallar verirlər.
Ramiq Ağaməmmədov
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu