“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Misli Premyer Liqasının 9-cu turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az 29 yaşlı qolkiperin müsahibəsini təqdim edir.
- “Qəbələ” üstün olduğu oyunda “Səbail”ə uduzdu. Məğlubiyyəti nə ilə əlaqələndirmək olar?
- 90 dəqiqə ərzində meydanda üstün tərəf biz idik. Xeyli qol şanslarımız olsa da, onlardan yararlana bilmədik. Son saniyələrdə isə qapımızda qol gördük. Vurmayan vurarlar da...
- Son saniyələrdə buraxılan qola səbəb nə oldu?
- Adi bir epizoddan qapımızda qol gördük. Konkret səbəb deyə bilmərəm. Çünki oyun planında hücumda daha çox iştirak etdik. Üstün olduğumuz qarşılaşma idi. Təəssüf ki, ani diqqətsizlik oldu və yekunda uduzduq.
- Son turlar “Qəbələ” heç də pis təsir bağışlamırdı. Bu baxımdan “Səbail”dən alınan yenilgini gözlənilməz saymaq olar?
- Həqiqətən də oyun planında son turlar inkişafdayıq. Komandada artıq özünəinam var. Yenə deyirəm, bu gün pis təsir bağışlamadıq. Heç bir komponentdə rəqibdən geri qalmadıq. 90 dəqiqəyə baxanda ancaq üstünlük bizim tərəfimizdə idi.
- Yəqin ki, ilk dövrəni “Qəbələ” üçün uğurlu saymaq olmaz...
- Təbii ki. İlk 4 turda xal qazana bilmədik. Bu da komandada psixoloji təzyiq yaradırdı. Yalnız beşinci turda ilk qələbəmizi qazandıq. Dövrəni cəmi 7 xalla başa vurduq. Bu baxımdan dövrə “Qəbələ” üçün çox uğursuz alındı. İnanıram ki, ikinci dövrədən etibarən daha yaxşı çıxış edəcəyik və itirdiyimiz xalları bərpa edəcəyik.
- Növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək oyundan gözləntiləriniz nədir?
- “Araz-Naxçıvan” hazırda yaxşı formada olan komandalardandır. Bu dəqiqə çempionatımızda elə oyun yoxdur ki, asan keçsin. “Araz-Naxçıvan”la matç da istisna olmayacaq. Lakin biz öz meydanımızda çıxış edəcəyik. Buna görə də məqsədimiz ancaq və ancaq qələbə olacaq.
- Peşəkar Futbol Liqası “Ayın ən yaxşı qolu”nu seçir. Qapıçılarla bağlı da belə bir layihənin olmasını istərdiz?
- Əlbəttə. Qapıçı seyvləri ilə bağlı belə bir layihə olsa, çox gözəl olardı. Bu, qapıçıları da həvəsləndirər, daha da motivasiya edər. Futbolun bir gözəlliyi qoldusa, digəri də elə qapıçının çıxartdığı topları. PFL bunu nəzərə alsa, çox yaxşı olar.
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı