Misli Premyer Liqasının 7-ci turunun dünən keçirilən "Qəbələ" - "Qarabağ" oyununun (1:2) hakim idarəçiliyi narazılığa səbəb olub.
Xüsusən 38-ci dəqiqədə baş verən bir epizod haqlı suallar yaradıb. Həmin vaxt meydan sahibi komandanın futbolçusu Bilel Auaşeriya "Qarabağ"ın müdafiəçisi Kevin Medinaya qarşı kobud oynayıb. Daha dəqiqi Bilel Medinaya bilərəkdən zərbə endirib (epizod yazının sonundakı videoda). Buna cavab olaraq, kolumbiyalı futbolçu da "Qəbələ"li futbolçuya zərbə vurub. Nəticədə meydanda gərginlik yaranıb.
Az sonra baş hakim Medinaya sarı vərəqə göstərib. Amma VAR hakiminin (Rauf Allahverdiyev, AVAR hakimi Rəhman İmani) müdaxiləsindən sonra Elçin Məsiyev qərarını dəyişib. O, VAR-a baxdıqdan sonra Kevin Medinaya birbaşa qırmızı vərəqə göstərib, Rəqibə isə ümumiyyətlə, cəza verilməyib.
Sual(lar) doğuran məsələ də elə budur.
Düzdür, Medinaya qırmızı vərəqənin verilməsi haqlı görünə bilər. Amma FİFA referisi statusu daşıyan baş hakim Məsiyev hansı məntiqlə Medinaya qırmızı göstərir, eyni kobudluğu edən "Qəbələ"li oyunçunu isə cəzasız buraxır? Axı, göründüyü kimi, Medinanı təxribata çəkən, ona ilk kobudluğu edən məhz Bilel Auaşeriya olub.
Elə isə hansı düşüncə ilə baş hakim aqressiv davranışa yol vermiş 2 futbolçudan birinin cəzasını ağır, o birinə heç nə olmamış kimi toxunmur? Əgər çox sərt kobudluq varsa (hansı ki, var) o zaman normalda hər iki oyunçu qırmızı almalı idi. Yoxsa, əvvəl sarı göstərib, amma VAR-dan gələn siqnaldan sonra hər iki oyunçuya deyil, birinə sərt davranmaq suallar doğurmaya bilməz. Bu ayrıseçkilik bilərəkdənmi edilib?
Əgər bilərəkdən deyilsə, o zaman ortaya yenə sual çıxır: niyə kobudluq etmiş Mediana qırmızı alır, amma onun bu davranışına səbəbkar olan və ilk kobudluğu edən - rəqibin boynuna və başına zərbə endirən Bilel Auaşeriya heç sarı vərəqə də göstərilmir?
Əgər baş hakim peşəkar kimi davranmaq istəyirdisə, o zaman hər iki oyunçu qırmızı almalı idi, yaxud da əvvəlcə olduğu kimi verilən sarı vərəqə qüvvədə saxlanılmalı idi. Yoxsa, bu, FİFA referisi statusu daşıyan hakimə yaraşmayan davranışdır. Və bu zaman görünür ki, qərar zamanı niyyət peşəkarlıqdan tamamilə uzaq olub. Qərar peşəkar deyilsə, o zaman bəlkə ortada qərəz var? Ümid edirik, nə zamansa Məsiyev özü, yaxud Hakimlər Komitəsinin rəhbəri Barış Şimşek bu suala cavab verər.
Yeri gəlmişkən, 1-2 cümlə də Barış Şimşek haqda.
Bizdə bir el sözü var: gələn gedənə rəhmət oxutdurur. İndi türkiyəli eks-hakim bu gedişlə özündən əvvəl rəhbər olmuş Fritz Ştuxlikə rəhmət oxutdurmalı olacaq. Gəlişindən sonra xüsusən VAR-la bağlı qərarlar daha çox narazılıq yaradır. Görərsən, VAR əyri qərarı düzəldər, bizdə tamam əksi baş verir.
Yəni əsl şou, hoqqabazlıq...
Son vaxtlar AFFA-nın və onun yeni baş katibi Sərxan Hacıyevin fəaliyyəti ilə bağlı futbol ictimaiyyətində müsbət fikirlər səslənir. Amma cənab Hacıyev onun və Azərbaycan futbolunun reputasiyasını zədələməyə yönələn addım atan Barış Şimşek kimilərinin fəaliyyətinə də diqqət ayırsa, yaxşı olar...
Və sonda qayıdaq yenidən Medinaya verilən qırmızı vərəqəyə. Yəqin ki, heç olmasa AFFA-nın İntizam Komitəsi onunla bağlı məsələyə baxarkən, ədalətli davranacaq.
ELNUR
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi