Azərbaycan klubunun oyunçusu futboldan 2 illik uzaqlaşdırıldı

Azərbaycan klubunun oyunçusu futboldan 2 illik uzaqlaşdırıldı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2023 / 13:04 3707
-  A +

“Zaqatala”nın futbolçusu Mahmud Məmmədov dopinqə görə diskvalifikasiya olunub.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki o, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilib.

Bu səbəbdən M.Məmmədov barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 illik diskvalifikasiya sanksiyası tətbiq edilib.

2022-ci il mayın 17-də 1-ci divizionun “Neftçi-2” ilə qarşılaşmasında çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FİFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Daha çox


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

23.02.26  12:50

Ozobiçdən 70-ci qol

23.02.26  09:53

"Milan"da ağır itki

topaz banner