"Bavariya"da ötən mövsümün ən yaxşı futbolçusu odur

"Bavariya"da ötən mövsümün ən yaxşı futbolçusu odur
DÜNYA FUTBOLU 14 Sentyabr 2023 / 14:24 865
-  A +

Camal Musiala "Bavariya"dan 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Qol.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 20 yaşlı yarımmüdafiəçi 46 faiz səs toplayıb.  Matteys de Liqt 2-ci (28,3 faiz), Tomas Müller 3-cü (8,2 faiz ) olub.

Ötən mövsüm "Bavariya" Almaniya Superkubokunu, eləcə də Bundesliqanı qazanıb. Musiala 2022/2023 mövsümündə ölkə çempionatında 33 oyuna çıxıb və 12 qol vurub.


Son xəbərlər
23.08.25  14:24

Levandovski qayıtdı