"Mançester Yunayted" cəzalandırdığı futbolçu ilə bağlı qərar verdi

"Mançester Yunayted" cəzalandırdığı futbolçu ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 14 Sentyabr 2023 / 10:38 3041
-  A +

"Mançester Yunayted" hücumçusu Antonini İngiltərə çempionatında 2023/24 mövsümü üçün heyətə daxil edib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Sentyabrın 10-da “Mançester Yunayted” 23 yaşlı futbolçunun bir neçə qıza qarşı zorakılıq iddiasına görə komanda ilə məşqlərdən uzaqlaşdırıb. Braziliyalı futbolçu özü təqsirkar olduğunu qəbul etmir.

Antoni 2022-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. O, 2023/24 mövsümündə  komanda ilə 4 matçda oynayıb.


Son xəbərlər
23.08.25  14:24

Levandovski qayıtdı