Tanınmış qapıçı karyerasını başa vurur

Tanınmış qapıçı karyerasını başa vurur
DÜNYA FUTBOLU 14 Sentyabr 2023 / 00:25 3410
-  A +

Bu yay "İnter"dən ayrılan Samir Handanoviç karyerasını bitirməyi qərara alıb.

Qol.az "Footbal İtalia"ya istinadən xəbər verir ki, slovakiyalı qapıçı yaxın günlərdə qərarını açıqlayacaq. 36 yaşlı qolkiperin yeni işi də məlumdur. Ona "İnter"də qapıçılar üzrə məşqçi vəzifəsi təklif edilib.

Qeyd edək ki, Samir Handanoviç 2012-2023-cü illər arasında "İnter"də çıxış edib. O, Milan təmsilçisinin heyətində 455 rəsmi matçda meydana çıxıb.


Son xəbərlər
23.08.25  14:24

Levandovski qayıtdı