"Demək olar ki, bütün amillərdə "Sabah" bizi üstələdi. Rəqibin təzyiqinə məğlub olduq. Müdafiəçilərimizə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi".
Qol.az xəbər verir ki, bu sözləri "Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün "Sabah"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
O, "Neftçi"nin sabiq üzvü, hazırda komandasında çıxış edən Mateus Saldanyanın oyunu ilə bağlı da danışbı: "Saldanya əla futbolçudur, ona inanıram. O, yüksək səviyyədə çıxış edir. Sadəcə uyğunlaşması üçün vaxt lazımdır.
Baş məşqçi "Sabah" bu gün 3-cü, "Partizan" isə 300-cü avrokubok oyununu keçirdi. Cavanın qocaya dərs keçdiyini deyə bilərikmi" sualını isə belə cavablandırıb: "Sözsüz ki, demək olar. "Sabah" bizə dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik".
İqor Dulyay mərhələ keçmək şansları ilə bağlı bildirib: "Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşı oyun göstərəcəyik".
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı